The Secret

4 puan

Kitab sadəcə eyni şeyin ətrafında dönür. Cazibə qüvvəsi. Düşüncələrin cazibə qüvvəsi. Yəni sən yaxşı düşünsən hər şey yaxşı, pis düşünsən pis olur. Həyatımızda pis düşündüyümüz hər şey pis düşüncələrimizin məhsuludur . Ancaq kitabın yazıçısı hər tərəfə oynuyur sözün əsl mənasında. Həm ateistə, həm deistə, hem teistə…Yəni oxuyursan kitabı, bütün fikirlərə baxırsan və burda kainatın bizə hər şeyi verdiyi düşüncəsi hakim olduğunu göstərir. İnsanların tarixboyu yaşadığı xəyal-dua-qurban kəsmək kimi düşüncələrini birləşdirib və buna CAZİBƏ QANUNU adını verib. Sadəcə biz özümüz yaxşı düşünməliyik və. s…Burda insanın özünün qüdrətli olmasını irəli sürür və insanın hər şeyi edə biləcəyini bildiri…Allahı isə geri plana çəkir. Kitabın müsbət tərəfi də var əlbəttə..Yəni baxanda, əgər həqiqətən də psixoloji sarsıntı və depresiya vəziyyətindəsizsə bu kitabdakı fikirlər sizə yardımçı olacaqdı. Yəni özünüzü daha yaxşı hissetməyinizə kömək edəcəkdir.
Kitabın təsir səbəbi elmi deyil ancaq elmi kitaba oxşayır, dini də deyil ancaq dini kimi görünür.Kitabda deyildiyi kimi cazibə qüvvəsi işə yarasaydı, milyonlarla lotto oynayan insanların hamısı ,lottonu alanda udacaqlarına inanıb alırlar və deməli milyonlarla adam varlı olacaqdır. Məncə kitabın uğur qazanma səbəbi həm dini ,həm də elmi təbəqəyə xitab etməsidir.Əsas kuliminasiya nöqtəsi isə kitabda ALLAH yerinə , EVREN(KAİNAT) ifadəsi işlənir. İnsanları duadan çox düşünməyə yönəldir. Əslində kitabın bu qədər oxunma səbəbi, içimizdəki ümidlərə cavab verməsidir. Yoxsa kitab 1001 dərdin dərmanı filan deyil…

Yorumlar
« geri ileri »

0 ile 0 arası yorum gösteriliyor, toplam 0 yorum.
Yorum yazılmamış.
« geri ileri »