Hayvan Çiftliği

8 puan

Bir anlıq düşünün... “Bütün heyvanlar insanların əlehinə üsyana qalxıblar. Bir anda bir fermanı ələ keçirdilər.” Bəli, bu əsərin mövzusu budur... heyvanların insanların əlindən aldığı Malikanə. Heyvanlar insanların onlara illərdən bəri , tarix boyu etdikləri əziyyətlər və.s heyvanların canını boğazına yığmışdı və Mayor ləqəbli donuzun ölümün astanasında etdiyi vəsiyyət heyvanların üsyana başlamasında stimul oldu və heyvanların üsyanı Cons adlı ferma sahibinin fermadan qovulması və fermanın heyvanlara qamasına səbəb olur...Əsas hadisələr isə burdan başlayır.

Əsərin təbii ki mövzusunda bizə danışılmaq istənən bu deyil. Əsəri diqqətlə oxuyanda obrazların təmsili xüsusiyyət daşıdığını görmək mümkündür. Hətta təmsili roman da demək olar.. Çünki əsərdəki obrazlar başqadır, danışılan isə başqa. Əsəri oxuduqca heyvanların necə insanlaşdığını yaxud da ətrafımızdakı insanların necə heyvanlaşdığını görə bilərik. Hərislik, hakimiyyət insanları necə pozursa heyvanları da elə pozur. Əsərdə heyvanları oxuduqca Ərəb Baharı filan gözümün qabağına gəlirdi. Daha başqa faktorlar da təbii.. Diktatorlar kitabınıı oxuyanda orda gördüyüm diktatorları burda heyvanlarda bir daha görürdüm. Üzde insanların bu gün medya ilə necə beyni yuyulurdusa bunun da eynilə qarşılığı orda öz əksini tapırdı...Məncə oxumağa dəyər...

11 yıl, 10 ay

Yorumlar
« geri ileri »

0 ile 0 arası yorum gösteriliyor, toplam 0 yorum.
Yorum yazılmamış.
« geri ileri »