Od

8 puan

Əsərin yazılış şəkli müasir yazıçıların üslubundadır...Bugunkü tarixdən keçmişə doğru yönəlib yenidən hadisələrin cərəyanını anlatan bir roman..Yunus Emrenin öz dilindən anlatılması isə ayrıca bir hava qatır. Romanın başlanğıcında Yunus Emrenin şeirlərini dəniz atan Molla Kasım bundan duyduğu peşmançılıqla birlikdə gəlib onun həyatını yazmağa qərar verir...Yunus Emre isə bütün həyatını anlatmağa başlayır...
İskender Pala çox sevdiyim bir yazardır. 2 kitabını oxumuşam. “OD “ ve “Şah və Sultan” . Ancaq onu da deyim ki, bu kitab qismən Palanın dəsti xəttindən uzaqlaşıb. Təbii ki, yenə ortaya çıxan gözəlliyə söz ola bilməz...Sözlərdəki axıcılıq, cümlələrin insan qəlbini oxşayann ahəngi... Ancaq burda Yunus Emrenin məhəbbətinə yer verilsə də, ilahi məhəbbət “Şah və Sultana” və İskender Pala üslubuna görə daha geri planda durur... Ancaq yenə də PALAnı sevgini təsvir etmədən təsəvvür etmək olmur... Amma açığı mən ŞAH VƏ SULTAN əsərini daha çox bəyənmişdim...Bəlkə də başqa oxuyanlar mənimlə razılaşmaya bilərlər. Bu əsər də özünə məxsus gözəldir...Ancaq yenə də o əsər daha çox xoşuma gəlmişdi.
Bu əsərdə isə Yunus Emrenin səyahətləri, Azərbaycana gəlişi, burda bir müddət qalışı da təsvir olunub. Və demək olar ki, 14. əsrdə və 14. əsrə qədər yaşamış bütün Təkkə sahibləri, Sufi təriqətlərinin başçılarının adı çəkilib....Yunusun hələ təcrübəsiz vaxtlarında Mevlana ilə görüşünün də ayrı yeri var ki, bu Sinan Yağmurun “AŞKIN GÖZYAŞLARI HZ.MEVLANA” kitabında da yer almışdı....Ümumi oxusaq geniş tarixi bilgi, 13-14 əsrlər Türkiyəsi, tarixi şəxsiyyətlər haqqında məlumatlar və əməlli bir sözoyunundan ibarət zövq paketi əldə

11 yıl, 10 ay

Yorumlar
« geri ileri »

0 ile 0 arası yorum gösteriliyor, toplam 0 yorum.
Yorum yazılmamış.
« geri ileri »