Bozkırın Sırrı Türk Peygamber

9 puan

Onu deyim ki,kitabın ilk 100 səhifəsini oxuyanda,kitabın çox da maraqlı olmadığı fikrində idim.Hətta ilk 75 səhifə sadəcə Bozqırda yaşayan xalqların(Türklərin) adət-ənənələri gözümdə canlanırdı.Təbii ki,o insanların məşğuliyyətini oxumaq da maraqlıdır.Ancaq kitaba bağlana bilməmişdim.Daha sonra biraz daha oxuduqca artıq kitabın başladığını gördüm.Amma ilk 100 səhifədən də bir çox şey öyrəndim.Əsl Türk adətləri haqqında,bugün ilə keçmiş arasında adətlərdə bənzərliklər, Türk adətlərindəki təhriflərin necə yaranması haqqında maraqlı fikirlər var.Bir də oxuduqca bunu anladım ki,qədim Türk xalqları baxmayaraq ki,bizdən 3000 il əvvəl yaşayıblar bizdən istər düşüncə ,istərsə də həyata baxış olaraq xeyli irəlidə olublar.
Kitabın əsas obrazı Öktəmdir.Yəni onun insanları əbədi Diri (Hayy) olana inandırmaq üçün verdiyi mübarizədir.Ahmet Turgut ilə hazırladığım müsahibədə kiçik bir ayrıntı xususi diqqətimi çəkmişdi.Ahmet Turgut:Bu kitabı doğru oxuyan,kitabda HZ.Fatimədən izlər görməyin mümkün ola biləcəyini demişdi.Mən də xususi diqqətlə başqa izlər də görə bildim.
Xüsusilə Öktəm obrazında “Hz.Məhəmməd(s.e.s),Hz.Musa,İmam Hüseyn” obrazlarını görə bildim.Hz.Məhəmmədi(s.e.s) mağaraya çıxıb xəbər almasında Öktəmin.Xatırladım ki,Hz.Məhəmməd də Hira mağarasında Cəbrail ilə danışır,Allahın buyurduqlarını öyrənirdi.Hz.Musanı isə,Öktəmin Tigin(Tigin-Obanın böyüyü idi) ilə mübahisəsində gördüm.Hz.Musa ilə Firon arasında da bənzər mövzular olmuşdu.İmam Hüseyni isə bacısıyla arasında yaşanan dialoqlarda hissettim.İmam Hüseynin bacısına etdiyi vəsiyyətlərin bənzəri idi Öktəmin bacısı Aşenaya dedikləri.Öktəm adı xəyali bir addır.Ancaq hıər qövmə bir peyğəmbər yollandığı bir həqiqətdir.Həm Quran,həm də hədislər bunu təsdiqləyir.Burda İslamdan uzun illər əvvəl olması,İslam sözünün belə məlum olmadığını ,onların Hənif deyə bir dinə mənsub oldduqlarını yazıçı özü yaxın vaxtlarda olan söhbətimizdə demişdi.
Ümumiyyətlə kitabda bəyəndiyim bir digər xüsusiyyət də bütün hadisələri bəlli faktlara əsaslandırıb,bilinməyənləri izah etməsidir.Əsası isə Quranın surələri üstündə qurulmuşdur.
Oxumayan hərkəsə tövsiyə edirəm.

Yorumlar
« geri ileri »

0 ile 0 arası yorum gösteriliyor, toplam 0 yorum.
Yorum yazılmamış.
« geri ileri »