Felyetonlar

Milli mətbuatımızın təşəkkül tapmasında, inkişafında xüsusi xidmətləri olan böyük şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi sənətkar Üzeyir bəy Hacıbəylidir. Üzeyir bəy Azərbaycan professional musiqisinin banisi kimi cahanşümul şöhrət qazansa da, onun publisist, dramaturq, pedaqoq, tərcüməçi, mütəfəkkir, alim, ictimai xadim olaraq xidmətləri çox dəyərli və əvəzsizdir.
Azərbaycan mətbuatını Ü.Hacıbəylisiz təsəvvür etmək mümkünsüzdür. Çünki burada onun özünəməxsus, müstəsna yeri vardır. Üzeyir bəy bəstəkarlıq, musiqişünaslıq sahəsində olduğu kimi, jurnalistika, publisistika, dramaturgiya sahəsində də təkrarolunmaz şəxsiyyətdir.
1903-cü ildə Tiflisdə çıxan "Şərqi-Rus" qəzetində "Dəllək" adlı ilk felyetonu dərc edilən Üzeyir bəy Hacıbəyli ömrünün sonuna qədər qələmi yerə qoymamış, vətənin, xalqın, milli mədəniyyətin inkişafı naminə mübarizə aparmış, bir-birindən dəyərli məqalələr, felyetonlar, miniatürlər, səhnəciklər yazmışdır. Hətta o, 1904-cü ildə Hadrut kəndindəki məktəbdə dərs dediyi zaman "Kaspi" qəzetinin xüsusi müxbiri kimi Cəbrayıl, Şuşa qəzalarından maraqlı korrespondensiyalarını rus dilində qələmə alaraq redaksiyaya göndərmiş və bu, mətbu orqanda dərc etdirmışdır.
Ü.Hacıbəyli erməni-müsəlman davası düşdükdən sonra 1905-ci il avqustun 20-də axşam saat 7.00-da qatarla Bakıya gəlmiş, 7 sentyabr 1905-ci il tarixli "Həyat" qəzetində "Avqustun 20, 21 və 23-də Bakı müqaviləsi" (müharibə, döyüş - S.Q.) adlı məqalə ilə çıxış etmişdir. Beləliklə də Üzeyir bəyin 1905-ci ildən etibarən Bakıda müxtəlif mətbuat orqanlarında çeşidli mövzularda yazıları çap olunmağa başlamışdır.
Üzeyir bəy Hacıbəyli öz məqalələrində xalqı düşündürən məsələlərdən bəhs etməklə yanaşı, dini fanatizmi, çar Rusiyasının fitnəkarlığını, Şərq qadınlarının hüquqsuzluğunu, hətta Lenin və onun bolşevik hökumətini kəskin tənqid edir, dilimizin saflığı, mədəniyyətimizin çiçəklənməsi uğrunda yorulmadan mübarizə aparırdı.
Böyük publisist 1920-ci ilə kimi Azərbaycanda nəşr olunan "Kaspi", "Həyat", "Təkamül", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni iqbal", "Azərbaycan", "Füyuzat", "Molla Nəsrəddin", sonralar "Sənayeyi-nəfisə", "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Revolyusiya və kultura", "Vətən uğrunda", "Yeni yol", "Kommunist", "Bakinskiy raboçi" və s. qəzet və jurnallarda müntəzəm olaraq çıxış etmişdir. Üzeyir bəy yazılarını 67 gizli imza - "Filankəs", "Bir şəxs", "Behmənkəs", "U", "Ü", "Üzeyir", "Çi" və başqa imzalarla dərc etdirmişdir. Kəsərli qələm sahibi olan Ü.Hacıbəyli "Ordan-burdan", "O yan, bu yan", "Dərədən-təpədən", "Zurna" və s. sərlövhələr altında özünün duzlu-məzəli, yumorlu, eyni zamanda, düşündürücü felyetonlarını yazmışdır.

Milli mətbuatımızın təşəkkül tapmasında, inkişafında xüsusi xidmətləri olan böyük şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi sənətkar Üzeyir bəy Hacıbəylidir. Üzeyir bəy Azərbaycan professional musiqisinin banisi kimi cahanşümul şöhrət qazansa da, onun publisist, dramaturq, pedaqoq, tərcüməçi, mütəfəkkir, alim, ictimai xadim olaraq xidmətləri çox dəyərli və əvəzsizdir.
Azərbaycan mətbuatını Ü.Hacıbəylisiz təsəvvür etmək mümkünsüzdür. Çünki burada onun özünəməxsus, müstəsna yeri vardır. Üzeyir bəy bəstəkarlıq, musiqişünaslıq sahəsində olduğu kimi, jurnalistika, publisistika, dramaturgiya sahəsində də təkrarolunmaz şəxsiyyətdir.
1903-cü ildə Tiflisdə çıxan "Şərqi-Rus" qəzetində "Dəllək" adlı ilk felyetonu dərc edilən Üzeyir bəy Hacıbəyli ömrünün sonuna qədər qələmi yerə qoymamış, vətənin, xalqın, milli mədəniyyətin inkişafı naminə mübarizə aparmış, bir-birindən dəyərli məqalələr, felyetonlar, miniatürlər, səhnəciklər yazmışdır. Hətta o, 1904-cü ildə Hadrut kəndindəki məktəbdə dərs dediyi zaman "Kaspi" qəzetinin xüsusi müxbiri kimi Cəbrayıl, Şuşa qəzalarından maraqlı korrespondensiyalarını rus dilində qələmə alaraq redaksiyaya göndərmiş və bu, mətbu orqanda dərc etdirmışdır.
Ü.Hacıbəyli erməni-müsəlman davası düşdükdən sonra 1905-ci il avqustun 20-də axşam saat 7.00-da qatarla Bakıya gəlmiş, 7 sentyabr 1905-ci il tarixli "Həyat" qəzetində "Avqustun 20, 21 və 23-də Bakı müqaviləsi" (müharibə, döyüş - S.Q.) adlı məqalə ilə çıxı... tümünü göster


Değerlendirmeler

değerlendirme
Filtrelere göre değerlendirme bulunamadı

Baskı Bilgileri

e-kitap, 541 sayfa
2005 tarihinde


Dil
Azerbaycan Türkçesi

Benzer Kitaplar

Şu An Okuyanlar

Şu anda kimse okumuyor.

Okumuşlar

Qelender
1 kişi

Okumak İsteyenler

Okumak isteyen bulunamadı.

Takas Verenler

Takas veren bulunamadı.
Puan : hepsi | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10
Değerlendirme Zamanı: en yeni | en eski