Şiir Defteri

Herkesin bir öyküsü vardır ama herkesin bir şiiri yoktur der Özdemir Asaf. Yazdığınız ya da sevdiğiniz şiir paylaşımlarıyla belki de kendi şiirimizi burada buluruz. Sevgilerle..


Tür: Şiir | Açılış, 28 Nisan 2020
<< tüm tartışmalar

Tenhalık, Ramiz Rövşen (Kişisel gelişim şiirlerinden..)

Tartışma Cevapları
« geri ileri »

1 ile 1 arası cevap gösteriliyor, toplam 1 cevap.
0 kişiden 0 kişi beğenmiş.

Tənhalıq başlayır burdan o yana,
Keçdikcə keçilməz,atam balası.
Ayları,illəri tutsan boyuna,
Çayları,çölləri tutsan boyuna,
Ölçdükcə ölçülməz,atam balası.
Daha çoxlarıyla aram sərinlər,
Çoxları boynuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Mən axı nə çöləm,nə yol,nə küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü ölüncə,
23 yaşımda qala bilmərəm.
Nə qədər sözlər var sözümdən cavan,
Daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
Şeirlər yazmağa həvəsim gəlmir.
Kiriyir,yumşalır şeirlərim də,
Qocalır misralar,sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdə,
Qocalmaq istəmir dostlar mənimlə.
İlahi,qocalıq buymuş deməli,
Dostlardan səssizcə qırılır adam.
Ömür bir bulanıq suymuş deməli,
Ömür azaldıqca durulur adam.
İçimin,çölümün yuyulur pası,
Sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
Nə yaxşı ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi,
Bir azca soluxdu,soldu,nə olar.
Bir azca şaxlığı,şuxluğu itdi,
Heç kəs qinamasın,yoldu,nə olar.
Daha balta kəsməz ağlım kəsəni,
Dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi,
Ağacdan meyvətək dərirəm daha.
Son nəfəs dünyada hər şeyden şirin,
Şair də qocalır,ölür,bilirəm.
Sözünden qan iyi gələn şairin,
Ağzından süd iyi gelir,bilirəm.
Bu dünya bir qaynar qazanmış demə,
Söndürməz odunu nə qar,nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağıymış..

9 ay     
« geri ileri »
Bu gruba katıl!
Grup Kütüphanesi
Tüm Gruplar