Çöküş
Etiketler
“Çöküş” böyük fransız yazıçısı, Nobel mükafatı laureatı Alber Kamünün çap edilən son romanıdır. Romanın süjeti günah və günahsızlıq, azadlıq və insan varlığı kimi məsələlər kontekstində inkişaf edir. Bütün bu təsvirlərin, mühakimə və mülahizələrin son nəticəsi odur ki, həyat absurddan başqa bir şey deyildir. Yazıçı bu məsələləri şüur axını metodundan istifadə edərək şərh edir. O dövrün başqa bir böyük ədibi Jan-Pol Sartrın fikrincə, “Çöküş” Kamünün ən anlaşıqlı və ən gözəl romanıdır. “Çöküş” romanını Kamünün şah əsəri olan “Yabançı”nın davamı kimi də oxumaq mümkündür. “Çöküş”də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir. O dərəcədə ki, insan özü-özündən iyrənir. Romanda əsas məqam – keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq… kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu – XX əsrin, insan həyatının ən böyük qüsurudur. Fransız dilindən tərcümə: Cavanşir Yusifli
Reklam
Baskılar1
Baskı ekleBu eserin yayımlanmış baskıları. Bir baskıya tıklayarak yayınevi, ISBN, sayfa sayısı ve basım bilgilerini görebilirsiniz.
Düzenleme Geçmişi
Yükleniyor...
Puan dağılımı
Yorumlar
Henüz yazılı yorum yok. Puan verilmiş ancak metin eklenmemiş.
Reklam
Benzer Kitaplar

Zincire Vurulmuş Übü

İpek Yolu - Çin ve Roma Arasında Eski Dünya Kültürü -

Savaşçı Kumagai`nin Anıları

Türk Boylarının Destanları

Hayvan Krallığında Üçlü Dayanışma
İsa Öncesinden Günümüze Kadar Çin Tarihi

Toplu Oyunları 1 / Bir Casusa Ağıt/ Weisman ile Kızıl Yüz
Uygur Folkloru

Bir 2023 Türkiye Rüyası

Bhagavadgita Hinduların Kutsal Kitabı

